ABŞ Dəniz Piyadaları Korpusunun komandanı general Erik Smit oktyabrın 29-u axşam saatlarında xəstəxanaya yerləşdirilib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, generalın xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi açıqlanmır.
Məlumata görə, korpusun komandanlığı müvəqqəti olaraq general-leytenant Karsten Heklə həvalə edilib.
Qeyd olunub ki, Smit ABŞ ordusunun Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirakının ən qızğın vaxtında xəstəxanaya yerləşdirilib.
Belə ki, ABŞ-ın Yaxın Şərqdəki bazalarına artan hücumlarda 20-dən çox amerikalı hərbçinin yaralandığı bildirilib.
Musavat.com