Məşhur futbolçunun evi qarət edildi

İspaniyanın "Sevilya" klubunun futbolçusu Serxio Ramosun evi qarət olunub.

Qeyd olunub ki, hadisə sentyabrın 20-də "Lans"a qarşı Çempionlar Liqasının qrup mərhələsinin I turunun oyunu zamanı baş verib.

Həmin vaxt evdə 37 yaşlı müdafiəçinin dörd övladı və iki müəllimi olub. Onlar hadisə zamanı xəsarət almayıblar.

Qeyd edək ki, Serxio Ramos 18 ildən sonra "Sevilya"ya qayıdıb. O, İspaniyada "Real", Fransada isə PSJ klublarının da formasını geyinib.//Report

27.09.2023 15:42
515