Məşhur filmin rejissoru öldü - FOTO

Yanvarın 6-da Rusiya Federasiyasının əməkdar artisti, kinorejissor Oleq Ryabokon 85 yaşında Sankt-Peterburqda vəfat edib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Fontanka" məlumat yayıb. Nəşr qeyd edir ki, Ryabokon tamaşaçılara ilk növbədə 1983-cü ildə çəkilmiş "Əlibaba və qırx quldur" filmindən tanışdır.

Rejissor eyni zamanda Nikolay Karaçentsov üçün "Bir nəfər hamı üçün!" televiziya filmini çəkib.

Oleq Ryabokon Leninqrad Hərbi Mexanika İnstitutunu, 1972-ci ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib.

Rejissorun ölüm səbəbi məlum deyil.

07.01.2024 13:53
736