"Fast-food" şirkəti Wendy's 140 restoranını bağlayıb.
xarici mətbuata istinadən xəbər verir ki, Wendy-nin rəhbərləri dünya üzrə bir neçə aşağı performans göstərən filiallarını bağlamaq qərarına gəliblər.
Lakin mövzu ilə bağlı açıqlama verən Wendy-nin Maliyyə Direktoru Günter Ploş: "Bu "köhnəlmiş" restoranlar orta səviyyədən xeyli aşağı gəlir əldə edirlər, orta həcm vahidi təxminən 1,1 milyon dollardır. Bağlanan məkanların yerində daha çox gəlir əldə edə biləcəyimiz filiallar açmağı hədəfləmişik" sözlərini deyib.
Qeyd edək ki, məşhur şirkət 2000-ci illərdə də Türkiyə ərazisindəki filiallarını bağlayıb.\\Milli.Az