Məşhur cütlük valideyn oldu - FOTO

Türkiyənin məşhur aktyoru Selahaddin Paşalı və həyat yoldaşı Lara Paşalının qızları Pera dünyaya gəlib.

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə cütlük sosial şəbəkə hesabında paylaşım edib.

“Adımızı ata-ana olaraq dəyişdik. Ailəmizə xoş gəldin, Pera. Səni sevirik” , - deyə Lara paylaşımına əlavə edib.

Selahaddin doğuş zamanı həyat yoldaşını tək qoymayıb.

Qeyd edək ki, cütlük üç ay öncə, Lara yeddi aylıq hamilə olarkən ailə həyatı qurub.

 

06.07.2022 20:30
694