Məşhur blogger borca ​​görə evini satır

Moskvanın elit biznes klubu "Klub 500"-də axtarışlardan sonra blogger Dmitri Portnyagin bağ evini satışa çıxarıb.

BAKU.WS xəbər verir ku, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, elan 2023-cü ilin oktyabrında aparılan axtarışlardan dərhal sonra, borclar ucbatından ortaya çıxıb.

Sahəsi 600 kvadratmetr olan, iki mərtəbəli, 33 hektar torpaq sahəsi, hamam, gölməçəsi olan taxta kottec üçün blogger əvvəlcə 240 milyon rubl almaq istəyib.

Ancaq sonra o, 40 milyon endirim edib və indi əmlak 199,9 milyon rubla təklif olunur.

01.02.2024 18:34
809