Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov nümunəvi addımı ilə diqqətləri üzərinə cəmləyib.
Hüseyn "Torqovı" adlanan Fəvvarələr Meydanı istiqamətində axşam saatlarında gəzərkən çərəz satan yaşlı qadına yaxınlaşaraq ondan satdığı bütün malı alıb.
Həsənov yaşlı qadına bunun müqabilində 100 manat pul verib. Nənənin isə sevincinin həddi-hüdudu olmayıb. O, satdığı bütün çərəzləri bir paketə qoyaraq Hüseynə verib və ərazidən uzaqlaşıb.
Həmin anları isə video bloger çəkərək sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb.
Lakin sosial şəbəkə istifadəçilərindən biri Hüseynin bu addımını kinayəli qarşılayıb. O, Həsənova mesaj yazaraq "Kameraya çəksən də, yaxşılıq etdin" fikrini bildirib.
Hüseyn isə mesaja "Bütün bunlar başqalarını da eyni işə sövq etmək üçün kameraya çəkilir. Növbəti dəfə gənc oğlan nənəsinin yanından keçəndə eyni addımı atacaq. Nənələr həyatları boyunca onsuz da çox çalışıblar. Onlar belə oturmamalıdırlar" cavabını verib və bu cavabı post şəklində səhifəsində paylaşıb. (Bizim.Media)