Türkiyəli məşhur aparıcı Sinem Yıldız köməkçisinin dələduzluğunun qurbanı olub.
Musavat.com xəbər verir ki, Sinem Yıldızın 2 ildir yanında olan köməkçisi onu kredit götürəcəyəm bəhanəsi ilə 1 milyon TL dəyərində aldadıb.
Başına gələnləri çox sonra anlaya bilən Yıldız üsyan edib.
"Güvəndiyim dağlara qar yağdı. Bunu gözümün içinə baxa-baxa edib. Düşməni uzaqlarda axtarmayacaqsan. Onu hər kəs köməkçim kimi yox, əsl bacım hesab edirdi”, - deyə Sinem Yıldız bildirib.
Musavat.com