Məşhur aktyorun malikanəsi milyonlarla borca görə satıldı - FOTO

Aktyor Kevin Speysinin Merilend ştatının Baltimor şəhərindəki evi açıq hərracda 3,24 milyon dollara satılıb.

Hərrac Baltimor Rayon Məhkəməsinin pilləkənlərində keçirilib və 10 dəqiqədən az davam edib.

Aktyorun əmlakının alıcısı Merilend ştatından olan inşaatçı olub. Sahəsi təxminən 836 kv.m. olan evin beş mərtəbəsi, altı yataq otağı və yeddi vanna otağı var. Həmçinin burada sauna, kinoteatr və dam terrası quraşdırılıb.

Qeyd edək ki, Speysiyə qarşı çoxsaylı əxlaqsız hərəkətlər ittihamları irəli sürülsə də, onların heç biri təsdiqlənməyib. Məhkəmə proseslərinə görə, aktyor uzun illər işsiz qalıb və milyonlarla borca düşüb.//Oxu.az

28.07.2024 00:40
5450