"The Office" serialında Keyt Bişop obrazını canlandıran aktyor və komediya ustası İven Makintoş 50 yaşında vəfat edib.
Aktyorun ölüm xəbəri “JustRight Management”dən verilən açıqlamada qeyd olunub:
“Sevimli komediya dahimiz ustası İven Makintoşun hüzur içində dünyasını dəyişdiyini böyük kədər hissi ilə bildiririk”.
Serialın yaradıcısı Ricky Gervais öz paylaşımında bunları deyib:
"Çox kədərli xəbər. Çoxlarının “The Office”dən "Böyük Keyt" kimi tanıdığı çox gülməli və çox yaraşıqlı İven Makintoş dünyasını dəyişdi. Hüzur içində yatsın".
2022-ci ildə xəstəxanada müalicə alan Makintoşun səhhətində bəzi problemlər yaşanırdı. Aktyorun ölüm səbəbi açıqlanmayıb./BAKU.WS