Məşhur aktyor ölümdən döndü - Qəza görüntüləri

Məşhur türkiyəli aktyor Halil Ergün Şişlidə avtomobili ilə hərəkətdə olarkən qəza törədib. O, ayağı qaz pedalına ilişdiyi üçün idarəetməni itirib, bitişik zolaqda olan avtomobilə çırpılıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, məşhur aktyorun törətdiyi qəza anı təhlükəsizlik kameralarına düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın şoku ilə avtomobilindən düşən Ergün ətrafdakılara hadisənin necə baş verdiyini izah edib. Polis hadisə ilə bağlı araşdırma aparıb və protokol tərtib edib.

Musavat.com

13.01.2024 19:50
1589