Məşhur aktyor faciəli şəkildə öldü

Türkiyənin məşhur aktyoru Süreyya Gürsel Evren həyatını itirib.

Musavat.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun İstanbul Sancaktepedə qonaq kimi getdiyi evin 3-cü mərtəbəsindən yıxıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar başladılıb.

Qeyd edək ki, aktyor “Masumlar Apartmanı”, “Baba” seriallarında rol alıb.

Toğrul İSMAYIL,
Musavat.com

14.08.2022 14:00
1177