Məşhur aktyor 11 ildən sonra "Arka sokaklar"da – FOTO

"Arka sokaklar" serialı 20-ci mövsüm üçün təsdiq alaraq Türkiyə televiziya tarixində iz qoymağa davam edir.

Musavat.com xəbər verir ki, son həftələrdə Aylin obrazının (Özlem Çınar) şəhid olması ilə izləyiciləri duyğulandıran serial bu dəfə gözlənilməz bir geridönüş səhnəsilə gündəmə gəlib. Serialın yeni bölümündə tamaşaçılar tanış bir sima ilə qarşılaşıblar.

Belə ki, Nail Kırmızıgül vaxtilə böyük təsir bağışlamış Cevher Şanlı obrazı ilə 11 ildən sonra yenidən "Arka sokaklar"a qayıdıb.

Cevher illər əvvəl Mesut Komissar (Şevket Çoruh) ilə birlikdə cənub-şərq bölgəsində xidmət etmiş, xüsusi təyinatlı polis qüvvələrindən olan bir obraz idi. Lakin illər keçdikcə yalnız görünüşlər deyil, münasibətlər də köklü şəkildə dəyişib.

Bir zamanlar eyni səngərdə çiyin-çiyinə döyüşən Cevher və Mesut indi tamam fərqli mövqelərdə dayanırlar. Onların vəzifə anlayışları və həyata baxış tərzləri zamanla bir-birindən uzaqlaşıb. Köhnə dost indi qarşıda duran bir təhlükəyə çevrilib.

"Arka sokaklar" bu maraqlı qarşıdurma ilə izləyicilərinə yenidən unudulmaz anlar yaşatmağı vəd edir.

Musavat.com

17.05.2025 21:00
8037