Məşhur aktrisa reklam və serial qiymətlərini iki dəfə qaldırdı

Bir müddət ekranlardan uzaq qalan və son zamanlar tez-tez gündəmə gələn türkiyəli aktrisa Məryəm Üzərli reklam qiymətlərini 2 dəfə qaldırıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, qızları Lara və Lily Koi üçün Berlin ilə İstanbul şəhərləri arasında get-gəl edən Məryəmin brendləri reklam etmək üçün tələb etdiyi qonorarı 10 milyon lirədən 20 milyona yüksəldib.

Məlumata görə gözəl aktrisa, yeni sezondan serial müqavilələrində hər bölüm üçün aldığı qonorarı da dəyişib.

Daha yüksək maaş tələb edən aktrisa serial və reklam təkliflərini dəyərləndirib. Tezliklə yenidən İstanbula gələcək olan Üzərli yeni mövsümdə həm seriallarda, həm də reklamlarda rol alaraq tamaşaçıların qarşısına çıxacaq.

17.01.2024 00:46
979