Məşhur aktrisa: "Oğlum tikintidə işlədiyimi düşünürdü"

Aktrisa Codi Foster peşəsini oğullarından gizlətdiyini deyib.

61 yaşlı aktrisa bu barədə "Page Six"ə danışıb.

"Düşünürəm ki, sadəcə mənim bu tərəfimi bilmələrini istəmədim. İstəyirdim ki, uşaqlar məni öz anası, sadəcə işə gedən bir insan kimi görsünlər", - deyə aktrisa bildirib.

Fosterin sözlərinə görə, bir dəfə 3 yaşlı oğlu Çarlzı (indi 25 yaşı var) çəkiliş meydançasına aparıb. Həmin vaxt uşaq anasının tikintidə işlədiyini düşünmüş:

"Onu işə gətirdim və kiçik plastik alət kəməri verdim. Uşaq ərazinin tikinti sahəsi olduğunu düşünürdü".

Qeyd edək ki, Hollivudun məşhur aktrisalarından olan Codi Foster 1976-cı ilə "Taxi Driver" filmində yüngül həyat tərzli yeniyetməni canlandırıb və 14 yaşında böyük uğur qazanıb. O, 1988-ci ildə "The Accused" filmində oynadığı baş rola görə Oscar mükafatı alıb. Bundan 3 il sonra "The Silence of the Lambs" filminə görə Oscara layiq görülüb. Cudi Foster Hilari Svankla birlikdə 30 yaşınadək iki Oscar qazanmış aktrisalardır. (Qaynarinfo)

21.01.2024 17:57
678