"Meşəliyə hücum planı Xankəndidə hazırlanmışdı" - Xaçatryan SİRLƏRİ AÇIR - VİDEO

Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan açıqlamaları zamanı bir sıra məsələlərə aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, Xaçatryan Meşəli kəndinə hücum planının Xankəndidə hazırlandığını deyib:

"Meşəli kəndinə hücum planı Xankəndidə hazırlanmışdı. Özüm o hadisədə iştirak etməsəm də, bu barədə planı bilirdim.

Meşəliyə hücumu kimin planlaşdırdığını hamı bilir. Bu plan Xankəndidə hazırlanmışdı. Planı hazırlayanlar Ermənistandan və xarici ölkədən gələnlər idi. Onlar "Daşnaksütyun" idi. Mənim o hadisədə iştirakım olmayıb".

Xalidə Gəray
Musavat.com

18.10.2023 12:41
2389