Meşəlidə terror aktında iştirak edən ermənilərin adları - SİYAHI

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törədən ermənilərin adları məlum olub.

Musavat.com xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törədən ermənilərin adları açıqlanıb.

Vaqif Xaçatryanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilər Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic, Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Zina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikoviç, Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, İsraelyan Eduard Beglarovic, Avakyan Artur Vartanoviç, Sarkisyan Surik Armaisoviç, habelə Verdi Allahverdiyan, Vilen Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç, Qavruşa Zaduroviç, Ruben, Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərdir. Onlar Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı harbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirak ediblər.

Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə azərbaycan və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında, azərbaycanlıların milli layaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönələn hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarından etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döymək, nalayiq sözlərlə təhqir etmək, öldürməklə hədələmək, əmlaklarını məhv etmək və onların fiziki məhvinə yönəlmiş digər əməllər törədib.

Xalidə Gəray
Musavat.com

17.10.2023 11:15
1459