Merz ABŞ-a gedir: İlk dəfə Trampla təkbətək görüşəcək

Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcək.

Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" Almaniya hökumətinə istinadən yayıb.

Merzin ofisi Almaniya liderinin iyunun 5-də Ağ Evdə Trampla görüşəcəyini, ikisi arasında ilk üz-üzə görüş olacağını bildirib.

Açıqlamaya görə, görüşdə ikitərəfli münasibətlər və Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ticarət siyasəti kimi beynəlxalq məsələlər müzakirə olunacaq.

Merz Almaniyanın lideri olduqdan sonra atəşkəsi təmin etmək və Qərbin Ukraynaya dəstəyini saxlamaq üçün diplomatik səylərə əl atıb. Çərşənbə günü o, Berlində Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib.

Almaniyanın Avropa İttifaqı ilə ABŞ arasında ticarət gərginliyinin yumşaldılmasında böyük marağı var.

Musavat.com

01.06.2025 00:09
286