Mərkəzi Kəşfiyyat İdarəsinin terror barədə məlumatı var idi - Politoloq

"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 10 gün əvvəl Rusiyadakı səfirliyi vasitəsilə Moskvada olan vətəndaşlarını böyük toplantı yerlərindən uzaq olmasıyla bağlı xəbərdar etmişdi. Demək, Mərkəzi Kəşfiyyat İdarəsinin bildiyi var idi".

Musavat.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. 

286483.jpg (74 KB)

Elxan Şahinoğlu

O hesab edir ki, sanksiyalara rəğmən, ABŞ, Belçika terroru pisləyəcəklər: "Musiqi salonuna hücum edənlərin kimliyi barədə hələ ki, səhih məlumat yoxdur. Bu olayın Ukrayna müharibəsiylə əlaqəsinin olub-olmadığı bəlli deyil. İŞİD-lə bağlı versiyalar səslənir. Qərb ölkələrinin Rusiyaya qarşı sərt sanksiyaları mövcud olsa da, Vaşinqton, Brüssel və digər paytaxtlar konsert salonuna terror hücumunu pisləyəcəklər. Buna baxmayaraq, son olaydan sonra Rusiya hakimiyyəti sərt tədbirlərə əl atacaq. 1999-cu ildə Moskva binalarında ard-arda baş verən partlayışlar hakimiyyətə yeni gələn Vladimir Putinin çeçen mücahidlərə qarşı mübarizəsini sərtləşdirmiş və Çeçenistanda müharibəni alovlandırmışdı".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

22.03.2024 23:59
1321