Mərkəzi Bankdan bu səlahiyyətlər alındı- FƏRMAN

Mərkəzi Bankın səlahiyyəti azaldılıb.

Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsbit olunub.

Sənədə əsasən, İqtisadi Şurasının fəaliyyətinin təşkili məqsədilə yaradılan Şuranın Katibliyinin funksiyasının həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə olunub.

Nazirlər Kabineti Şuranın Katibliyinin tərkibini müəyyən etməlidir.

Qeyd edək ki, bu bu səlahiyyətlər Mərkəzi Bankda idi.

03.06.2022 19:08
3050