Mərkəzi Bank Quba Olimpiya İdman Kompleksini necə əldə etdiyini açıqladı - EKSKLÜZİV

Azərbaycan Mərkəzi Bankının bu günlərdə açıqladığı 2023-cü il üzrə maliyyə hesabatındakı bir məlumat ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, hesabatda 2023-cü ildə Quba Olimpiya İdman Kompleksinin Mərkəzi Bankın investisiya mülkiyyətinə köçürülməsi aydın olur.

Hesabata əsasən 24 avqust 2023-cü il tarixində Mərkəzi Bank “AzəridmanServis” MMC ilə bağladığı bir illik müqavilə əsasında kompleksin fəaliyyətindən qazanılan mənfəətin 50 faizini əldə edib.

Müzakirələr zamanı MB-nin bu addımının qanunauyğun olmadığı deyilib, birbaşa sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilib.

Musavat.com-un sorğusuna cavab olaraq Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, Quba Olimpiya İdman Kompleksi bağlanan banklardan birində ipoteka ilə yüklü olub və artıq 2017-ci ildən AMB-nin mülkiyyətindədir:

“Müflis elan olunmuş bankın kredit öhdəliyinin icra olunmaması ilə əlaqədar ipoteka ilə yüklü edilmiş Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-liyi ünvanında əmlak kompleksi kimi müəssisəyə Mərkəzi Bank tərəfindən ipoteka qanunvericiliyinə uyğun olaraq 2017-ci ildə məhkəmə qaydasında tutma yönəldilmiş və həmin əmlak qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank tərəfindən əldə edilmişdir”.

Musavat.com

24.05.2024 19:11
1839