Mərkəz rəhbəri: Azərbaycanın islamofobiya ilə mübarizəsi ən təsirli modellərdən biridir

İslamofobiya ilə mübarizənin Azərbaycan modeli ən təsirli modellərdən biridir.

Bu barədə “Report”a açıqlamasında “Müsəlman İnstitutu” (Pakistan) analitik mərkəzinin rəhbəri Sultan Əhməd Əli deyib.

Onun sözlərinə görə, Azərbaycan həm də müxtəlif dinlərin nümayəndələri arasında dinc yanaşı yaşama və bir-birinə hörmət nümunəsidir: “Bu gün Bakıda keçirilən konfrans ideyaların irəli sürülməsi, onların alimlərlə bölüşdürülməsi baxımından çox faydalıdır. Belə tədbirlər beynəlxalq miqyasda islamofobiya ilə mübarizəyə yardım göstərə bilər”.

“Bu gün biz konfransda çoxlu yeni fikirlər eşitdik. Məsələn, tədbirdə çıxış edənlərdən biri Qərb auditoriyasını müsəlman dünyası haqqında daha yaxşı məlumatlandırmaq, irsimiz və mədəniyyətimizi təbliğ etmək məqsədilə süni intellekt və alqoritmdən istifadəni tövsiyə edib. Bu, belə tövsiyələrlə bağlı yalnız bir nümunədir. Düşünürəm ki, bu bizə gələcək tədqiqatlar və elm adamları ilə akademik qurumlar arasında körpülər qurmaq üçün daha çox yeni ideyalar verəcək”, - o vurğulayıb.

08.03.2024 14:26
457