Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.

Musavat.com xəbər verir ki, bunu Yenicag.az-açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib.

O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:

"Anamın səhhəti ağırdır. "Semaşko"ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır".

21.05.2024 14:50
1133