Mərc oyunlarına qurşanan kişi intihar etdi

Göyçay şəhərində intihar hadisəsi baş verib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini 1987-ci il təvəllüdlü Pünhan Hacıyevin bu gün səhər saatlarında asılı vəziyyətdə meyiti yaşadığı evin qonşuluğunda ailəsinə məxsus tikilidə tapılıb.

Onun son zamanlar mərc oyunları oynadığı və xeyli borcunun yarandığı bildirilib.

İntiharın da bu səbəbdən baş verməsi ehtimal edilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

13.09.2024 16:37
1134