Mərasimə milyon dollarlıq zinət əşyası ilə gəldi - FOTO

Rusiyalı müğənni Lolita Milyavskaya "Muz-TV"nin mükafatlandırma mərasiminə bir milyon dollar, hətta daha baha olan zinət əşyası taxaraq gəlib.

Musavat.com olke.az-a istinadən bildirir ki, bu, zümrüdlü boyunbağı olub. Lolitanın dediyinə görə, o, boyunbağını özü özünə hədiyyə edib.

Zərgər Qriqori Bakatov zinət əşyasını bir milyon dollardan çox qiymətləndirib. Onun sözlərinə görə, boyunbağının əsas özəlliyi 10 karatlıq zümrüddür.

"Nadir və inanılmaz dərəcədə bahalı bir zərgərlik əşyasıdır", - zərgər bildirib.

17.06.2024 20:57
3016