Mənzillərin ən çox girov qoyulduğu ərazilər AÇIQLANDI

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıt olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) və 11 saylı Şəmkir (26 müqavilə) ərazi idarələridir.

Dövlət Xidmətinin məlumatına görə, 2023-cü il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır. (APA)

09.02.2024 19:32
982