Mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

12.06.2022 08:30
310