Mənsum İbrahimovdan Təyyarın oğluna qadağa - VİDEO

Əməkdar artist Təyyar Bayramov uzun müddət sonra ilk dəfə oğlu Kənan Bayramovla efirə çıxıb.

Xanəndənin ad gününə həsr edilən "Qonaqcanlı"da oğlu onunla birlikdə mahnı oxuyub.

T.Bayramov deyib: "Dəvət etmisiniz, amma Kənanın mənimlə oxumasına hələ çox var. Kənan ikinci kursa keçib. Mənsum İbrahimov onun ustadıdır. O, oxumasına hələ icazə vermir". 

Müğənni bildirib ki, oğlunun səsinə görə bir müddət oxumasına icazə verilmir:

"Kənanın səsinə əziyyət olmaz. İnanırıq ki, yaxın vaxtlarda qaydasına düşəcək"./axşam.az

17.09.2024 12:40
4154