Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdama gedib.
O Ağdamda şəhid məzarlarını ziyarət edib.
Onlar arasında sənətçinin şəhid qardaşıoğlu İbrahimov İsrafilin də qəbri var.
Sənətçi ziyarəti barədə sosial şəbəkədə bildirib. O qardaşıoğlunun məzarı ilə foto çəkdirərək feysbuk hesabında yayımlayıb.
Xatırladaq ki, İbrahimov İsrafil Zülfiqar oğlu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. O II Qarabağ müharibəsi zamanı Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. İsrafil İbrahimov Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib./BAKU.WS