Mənsum İbrahimov bu yolla formada qalır

Xalq artisti Mənsum İbrahimov formada qalmasının sirrini bölüşüb.

Sənətçi bu barədə "7 Tamam" verilişində qonaq olarkən danışıb.

Xanəndə hər səhər yürüyüş etdiyini bildirib:

"10 ildən çoxdur ki, səhər 05:30-da Botanika bağında yürüyüş edirəm. Vərdiş edəndə problem olmur. Bəzən bərk yağış yağanda gedə bilmirəm, həmin gün hiss edirəm ki, nəsə çatmır". (Axşam.az)

30.10.2024 09:01
814