“Mənim yolum” Nyu-Yorkda Azərbaycan mədəniyyətini yaşadır - VİDEO

Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagidlərinin əksəriyyəti ABŞ-da yaşayan azərbaycanlıların övladları olsa da, bu mərkəzə amerikalı şagirdlərin də marağı olduqca böyükdür.

Onlar mərkəzdə milli musiqimizi və milli rəqslərimizi öyrənirlər.

Mərkəzin direktorunun sözlərinə görə, 15 il əvvəl Bakıdan ABŞ-a köçərkən ilk fürsətdə ölkəmizin tanıdılması ilə bağlı bir layihəyə imza atmaq öhdəliyini öz üzərinə götürüb.

AzTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

11.12.2022 16:47
691