"Atam incəsənət adamları ilə çalışırdı. Amma mənim aktrisa olmağımı istəmirdi. Atamı aldatdım, dedim ki, rejissorluq fakültəsinə imtahan verəcfəyəm. Sonra bildi və rektorun yanına gəldi ki, mənim fakültəmi dəyişdirsin, amma razılaşmadılar. Rektor dedi ki, bu xanım aktrisa olacaq".
Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Min maska" layihəsində deyib.
Aktrisa səhnə sevgisindən danışıb:
"Bu sənətin xəstəsiyəm. Hər zaman deyirəm ki, sevgilimin adı teartdır. Özümü sənətsiz təsəvvür edə bilmirəm. Sənətdən kənar qalanda depressiyaya düşürəm. Səhhətimdə problemlər olub, amma səhnəyə çıxanda hər şeyi unutmuşam. Səhnə mənim üçün məbəddir, orada rahatlıq tapıram".
N.Allahverdiyeva aktyorların müəyyən yaşdan sonra təqaüdə göndərilməsini tənqid edib:
"İndi bəzi aktyorları səhnədən uzaqlaşdırırlar ki, yaşı keçib. Səhnədə aktyorun yaşı yoxdur. Dünyada aktyor 90 yaşında səhnəyə çıxır. Buna görə də sağlamlığıma diqqət edirəm ki, səhnədən getməyim. Çünki səhnədən hələ doymamışam". (Axşam.az)