Aktyor Türkay Cəfərli izləyicilərinə əsəbiləşib.
Musavat.com olay-a istinadən bildirir ki, buna səbəb sənətçinin həmkarları ilə birgə çəkdirib, instaqram səhifəsində yayımladığı fotosuna yazılan xoşagəlməz şərhlər olub.
"Səhifəmi izləyən və izləməyənlər... Oğlanlı, qızlı hamınıza aiddir. Bir də böyük qələt edib, ətrafım, sənət dostlarımla bağlı birgə nəsə paylaşanda gic-gic "qulp" qoşmayın. Dünyada ən iyrəndiyim şeydir - şərləmək. Orada-burada hamınıza ağız suyu axıdıb, girişən sənət adamları, yalaq aktyorlarla məni səhv salmayın. Siz dostluqdan (söyüş yazıb) kimi istifadə edirsinizsə, camaatı da özünüz kimi bilməyin", - deyə Türkay yazıb.
Qeyd edək ki, T.Cəfərli bu mövsüm AzTV-də nümayiş olunacaq "Azərbaycan Atabəyləri" tarixi sənədli filmdə rol alıb.