"Məni öpür, o tərəfdən deyir ki, bunu niyə çağırmısan?"

Xalq artisti Fatma Mahmudova "Xəzər axşamı" verilişində qonaq olub.

Sənətçi proqramda ona paxıllıq edən insanlardan danışıb:

"Əgər sənətim varsa, şəxsən ona, istedadıma, işimə arxayınam. Heç kimə paxıllığım yoxdur. Amma bu paxıl insanlar bunu nə vaxt tərgidəcək bilmirəm. Buradan məni öpür, o tərəfdən də deyir ki, bunu buraya niyə çağırmısan? Bu şeylərin axırı yoxdur" deyə, aktrisa bildirib. (Axşam.az)

28.06.2023 00:50
1317