“Məni isti sobanın qarşısında oturtdu, sanki əzab verirdi” – Consondan Lavrovla bağlı xatirə

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Unleashed” adlı xatirələrində 2017-ci ildə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün təfərrüatlarından danışıb.

Musavat.com xəbər verir ki, o, Lavrovu belə təsvir edib:

“Uca boylu, bir-birinin ardınca siqaret çəkən, yarı erməni, tünd və qəribə, məmnun bir qıyıq”.

Sabiq nazir Lavrovla görüşünü də təsvir edib:

““Mən ser Gey deyiləm” dedi və biz əl sıxdıq. Daha sonra Lavrov əlavə etdi: “Ser, Geylər sizin Xarici İşlər Nazirliyindədir””.

Xatirə müəllifi davam edib:

““Banal ikitərəfli görüş” “sözün əsl mənasında qızğın şam yeməyi” ilə davam etdi və Lavrov məni isti sobanın qarşısında oturmağa məcbur etdi. O qədər isti tər axdı ki... Sanki o, Viktoriya məktəbində sinif yoldaşına əzab verən məktəbli idi.

Görüş heç bir nəticə vermədi. Biz Suriya və ya Ukrayna ilə bağlı heç bir razılaşmaya yaxın deyildik və mən Aleksandr Litvinenkonun adını çəkəndə o, xaç çəkdi və gülümsədi”.

Boris Consonun sözlərinə görə, Lavrov buna cavab olaraq “İsanı yəhudilər öldürdü” deyib və əlavə edib: “Lakin bu o demək deyil ki, biz İsraillə münasibətdən əl çəkməliyik”.

Şahanə Rəhimli
Musavat.com

12.10.2024 13:52
764