“Belə bir misal var - “Var elə insan ki, nə şöhrətin, nə də pulun qızdırmasına dözə bilir”. Bu, çox vacib bir məqamdır. Var abırlı, var abırsız məşhurluq”.
Bu sözləri müğənni Samir Piriyev qonaq olduğu “Özəl” verilişində deyib.
Sənətçi bildirib ki, mahnılarını ziyalı kütləsi üçün oxuyur:
“Xüsusi ilə də dijital platformada baxıb görürsən ki, bu cür insanların (abırsız məşhurluğu nəzərdə tutur – red.) “İQ” səviyyəsi və dünyaya baxışı fərqlidir. Biz bu cür şeyləri qabartmamalıyıq. Mənim bir dostum var, deyir ki, Samir, fikirləşmə ki “YouTube”da sənin 1-2 milyon baxışın olsun. Eybi yoxdur, qoy sənin mahnını 10 min insan dinləsin, amma o 10 min insanın dünyaya baxışı fərqlidir, ziyalıdır. Mən ziyalı kütlə üçün çalışıram. İstəyirəm ki, məni bu cür kütlə sevsin. Yəni necə ziyalı – mütləq onlar həkim və müəllim olmalıdır. İnsan var ki, fəhlədir, amma ziyalıdır. Yəni bu ziyalılıq onun daxilindədir”. (olay)