“Mən sənsiz ölmədim, məni bağışla...”

Millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı bacısı Kəmalə Paşayeva sosial media hesabında paylaşım edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, deputatla fotosunu Ramiz Rövşənin "Ayrılıq" şeirinin məşhur misrası ilə paylaşıb:

"Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə".

Qeyd edək ki, Q. Paşayeva sentabrın 28-i axşam saatlarında 48 yaşında Mərkəzi Klinikada vəfat edib.

30.09.2023 09:17
1427