"Mən key deyiləm, sadəcə abır-həya edirəm"

Hər dəfə mənə "atırlar"

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ülviyyə Xəlilbəyli instaqram hesabında hekayə paylaşıb:

"Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyim məbləğə görə vurmurlar. Hər dəfə belə edirlər. Başqa yerdə eyni məbləğə yanacaq doldururam, bilirəm ki, xətt harada dayanmalıdır. Bunlar isə hər dəfə mənə "atırlar". Özü də elə danışırlar ki, sanki borcum var. Deyir, sürün-sürün, bizim şlanqımız qısadır, çatmır. Elə bir yerə aparır ki, artıq yanacaqdoldurma məntəqəsindən çıxıram və heç bir monitoru görmürəm. 7-8 dəfə bu hal təkrarlanıb.

Maşından enib monitora baxmağa utanıram. Bir dəfə əsəbi vəziyyətimə düşdü. Utanmadan rahat bir şəkildə işçiyə dedim ki, verdiyim məbləğə uyğun vurmasan, dava salacağam. Hər dəfə burada məni aldadırlar. Mən key deyiləm, sadəcə abır-həya edirəm. Bundan istifadə etməyin. Gərək hər dəfə mən bunu xatırladım sizə ki, saxtakarlıq etməyəsiniz?! Bilmirəm, bunlar tək xanımlara belə edirlər, yoxsa hər kəsə. Buranın adını çəkmirəm. Amma növbəti dəfə yenə təkrarlansa, onları rəzil edəcəm!".

27.03.2024 16:21
2185