“Mən bilirəm çörək üçün hansı mahnılar oxunmalıdır” - VİDEO

Müğənni Türkan Vəlizadə qeybətini qıranlara xəbərdarlıq edib.

Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, o, adını hallandıran aparıcılara da mesaj göndərib:

"16 ildir ifa edirəm, heç vaxt təkəbbürlü olmamışam, böyük-kiçik yeri bilmişəm və bu sənətə kiməsə söz ataraq gəlməmişəm. Sənətə gələndən sonra da reklamı kiməsə söz ataraq qazanmamışam. 

Aparıcılardan çox xahiş edirəm, müəyyən şəxslərə mənim haqqımda sual verməsinlər. Mən çox yaxşı bilirəm nəyi oxumaq lazımdır, çörək üçün hansı mahnılar ifa olunmalıdır. Hər kəs öz işi ilə məşğul olsun!"

 

17.09.2024 17:57
2550