İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu Anıtqəbirə gedib.
Musavat.com xəbər verir ki, həyat yoldaşı Dilək İmamoğlu ilə birlikdə Anıtqəbirə doğru gedən Ə.İmamoğluna məmurlar xəbərdarlıq edib.
Atatürkün məzarına doğru hərəkər edərkən jurnalistlərə açıqlama verərməyə çalışan bələdiyyə sədrinə məmurlar müdaxilə edib.
Alçaq səslə danışmağa çalışan Əkrəm İmamoğluna bunun üçün icazə almağın lazım olduğunu bildiriblər.
Sözlərini yarımçıq saxlayan Ə.İmamoğlu çıxış üçün icazənin lazım olduğu xəbərdarlığından sonra “Tamam, tamam” deyərək yoluna davam edib.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com