Meloni Ağ Evdə Trampın məşhur şüarına dəyişiklik təklif etdi; Trampın cavabı belə oldu


İtaliyanın baş naziri Corciya Meloni ABŞ prezidenti Donald Trampla görüşdə yeni şüar - “Qərbi yenidən möhtəşəm edək!” şüarı elan edib və bunu birlikdə etməyi təklif edib.

Musavat.com xəbər verir ki, o, Ağ Evdə söylədiyi fikirləri X hesabında açıqlayıb: "Mənim üçün Qərb sadəcə, coğrafi məkan deyil, sivilizasiyadır və mən bu sivilizasiyanı daha da gücləndirmək istəyirəm. Atlantikanın iki tərəfi arasında problemlər olsa da, oturub həll yollarını tapmağın vaxtıdır. Mənim məqsədim Qərbi yenidən böyük etməkdir və düşünürəm ki, biz birlikdə bunu edə bilərik" dedi.
Tramp isə Meloni ilə razılaşaraq “Biz bunu bacararıq” deyib.

Qeyd edək ki, “Amerikanı yenidən möhtəşəm et” Trampın əsas şüarıdır. Meloni həmçinin Trampın Romaya səfər dəvətini qəbul etdiyini açıqlayıb və əlavə edib ki, səfərlə birlikdə AB ilə zirvə toplantısı keçirilə bilər.
Bu gün İtaliyanın paytaxtında ABŞ-ın vitse-prezidenti J.D.Vensin Meloni, həmçinin Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Pietro Parolinlə danışıqlar aparacağı gözlənilir.

Musavat.com

18.04.2025 08:49
794