“Beynəlxalq münasibətlərdə güclü və geriyə dönməz təsir göstərən addımlar var və indiki hakim komanda hakimiyyətə gəldikdən dərhal sonra bu addımı atıb”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Vahan Məlikyan tərəfindən səslənib.
Onun iddiasına görə, Ermənistan həmişə etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş imicinə malik olub, lakin bu imic KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi qərarı ilə bərpa olunmayacaq dərəcədə zədələnib.
“Bu gün indiki hakimiyyət (Paşinyan) sələflərini tənqid edir, onları düzgün olmayan xarici siyasət aparmaqda suçlayır və Ermənistanın hazırda balanslaşdırılmış xarici siyasət yürütdüyünü bildirir. Amma fakt odur ki, Ermənistan üçün heç bir müsbət dəyişiklik baş vermədi, ölkə müttəfiqsiz qaldı, etibarlı tərəfdaş imici qəti şəkildə itirildi. Keçmiş hakimiyyəti istədiyiniz qədər tənqid edə bilərsiniz, yüksək səslə bəyanatlar verə bilərsiniz, amma nəticəyə və bu gün əlimizdə olanlara baxmaq lazımdır”, - deyə Vahan Məlikyan bildirib.
Musavat.com