Xalq artisti Mələkxanım Eyubovanın nəvəsi Adil əməliyyat olunub.
Musavat.com axşam.az-a istinadən bildirir ki, bu barədə sənətkarın gəlini Səadət sosial media hesabında yazıb. O, övladının burun əti - adenoid əməliyyatı olduğunu açıqayıb.
"Bitdi şükür. Balam adenoidlə bağlı əməliyyat olundu" deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, Adil M.Eyubovanın oğlu Cəfərin övladıdır. Cəfər 2014-cü ildə Səadət adlı xanımla evlənib. Onların bir qızı da var. Sənətçinin bloger qızı Nəzrin isə müğənni Mərdan Kazımovla ailəlidir.