Mel Gibsondan Azərbaycana iftira- Video

Məşhur amerikalı aktyor Mel Gibson Azərbaycan və Türkiyəyə qarşı iftiradolu çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, o, Qarabağdakı lokal xarakterli antiterror tədbirlərini “soyqırım” adlandıraraq əsl gerçəkdən xəbərsiz olduğunu nümayiş etdirib.

Bu çıxışı ilə Xocalı soyqırımından, o cümlədən Ermənistan hakimiyyətinin yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının 30 il əvvəl Qarabağdan didərgin salınmasından xəbərsiz olduğunu isbatlayan Mel Gibson, guya ermənilərin yüzillərdir “zülmə uğradığını” bildirib.

Onun bu çirkin iftirası sosial şəbəkələrin Türkiyə seqmentində də etirazla qarşılanıb. Aktyorun ünvanına “Deyəsən, Xocalı soyqırımından xəbərsizdir” kimi şərhlər yazılıb.

 

 
 
 
30.09.2023 10:00
1953