Məktəblilərin şəhidlərə olan ehtiramı hər kəsi duyğulandırdı - VİDEO

Şamaxı şəhərində məktəblilərin şəhidlərə olan ehtiramı hər kəsi duyğulandırıb.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan görüntülərdən məlum olur ki, bir neçə şagird səhər məktəbə gedərkən şəhidlər üçün hazırlanmış xatirə lövhəsini təmizləyiblər.

Məktəbin psixoloqu tərəfindən çəkilmiş görüntülər azyaşlıların vətən uğrunda canını fəda etmiş şəxslərə ehtiramını ortaya qoyub.

Yaşlarının az olmasına baxmayaraq, şəhidlərə göstərdikləri ehtiram onları nümunəvi şagirdlərə çevirib.

 

05.12.2022 14:17
6386