Məktəbli qız evdən qaçdı, gecəyarısı oğlanla görüşdü: "Parkda..."

Azərbaycanda 2003-cü il təvəllüdlü Xəlil tanış olduğu və yetkinlik yaşına çatmayan Marala (adlar şərti verilib – red.) cinsi təcavüz edib.

Sabirabad rayon sakini Xəlil yetkinlik yaşına çatmayan Maralla 7 iyun 2021-ci ildə saat 23 radələrində Bakı şəhərində, “Əhmədli” metrostansiyası yaxınlığında tanış olduqdan sonra onunla “Neapol” dairəsi deyilən yerdəki parkda ağacların sıx olduğu yerə gəlib. Xəlil əvvəlcə həmin parkda Maralla cinsi əlaqədə olub.

Daha sonra onlar birlikdə iyunun 8-də gecə 3 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Xəlilin müvəqqəti mənzilinə gəliblər. Xəlil mənzildə Marala qarşı seksual xarakterli hərəkətlər edib. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2018-ci ildə Türkiyənin İzmir şəhərində yerləşən universitetə qəbul olub, təhsilini qiyabi alıb: “2021-ci ildə hərbi xidmət yaşıma çatdığından Azərbaycana qayıtdım, yaşadığım Sabirabad rayonuna getdim. Daha sonra gəzmək üçün Bakı şəhərinə gəldim və atamın dostu Adil adlı şəxsin kirayədə qaldığı Xırdalan şəhərində yerləşən, lakin ünvanını bilmədiyim çoxmərtəbəli bina evində qaldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün dostları ilə görüşmək üçün Əhmədli qəsəbəsinə gedib: “Saat 23 radələrində dostlarımdan ayrılaraq “Əhmədli” metrostansiyasının girişində olduğum vaxt, sonradan adını öyrəndiyim Maral adlı qız mənə yaxınlaşdı. O, bir gecəliyə qalmaq üçün məndən ev istədi. Ona Əhmədli ərazisində qalmadığımı, elə bir ev tanımadığımı dedim.

Maral məndən ayrılıb bir qədər kənara getdi. Tanımadığım müxtəlif şəxslərin Marala yaxınlaşdığını, ona sataşmaq istədiklərini gördüm. Əlimlə işarə edərək onu yanıma çağırdım, niyə qalmağa ev axtardığını soruşdum. O da Hövsan qəsəbəsindəki evdən qaçdığını, qalmağa yeri olmadığını dedi. Marala yaşadığı evə qayıtmaqda kömək təklif etdim. O, evinə qayıtmaq istəmədiyini deyərək bir günlüyə ona gecələməsi üçün ev tapmağımı xahiş etdi. Adını və yaşını soruşdum. Adının Maral, yaşının isə 14 olduğunu dedi. Özümə məxsus telefonla qohumlarına zəng edə biləcəyini söylədim. Lakin Maral heç kimə zəng etmək istəmədi”.

Xəlilin ifadəsinə görə, Maralla gəzə-gəzə Neapol dairəsi tərəfinə gedib: “Binaların həyətində, heç kimin olmadığı yerdə oturacaqda oturduq. Maral başını sinəmin üstə qoydu. Onunla öpüşməyə başladım. Təxminən 15 dəqiqə sonra oradan Neapol dairəsinin yaxınlığına getdik. Orada qaranlıqda, ağacların sıx olduğu yerdə öpüşdük. Onu arxadan qucaqladım, əynimdəki şalvarımı aşağı çəkdim. Maralla qeyri-təbii yolla cinsi əlaqədə oldum.

Marala qalmağa ev tapa bilmədiyim üçün onu saat 2 radələrində “Bolt” taksi ilə Xırdalan şəhərində qaldığım evə apardım. Evdə heç kim yox idi. Birlikdə evə girdik və hər ikimiz soyunaraq yatağa uzandıq, ehtiraslanmağa başladıq. Yenə də onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 7 radələrində onun xahişi ilə Maral həyətə gedib: “Sonra birlikdə Bayıl qəsəbəsinə getdik. Xalça muzeyi istiqamətinə gəldikdən sonra Maraldan ayrıldım”.

İş üzrə zərərçəkmiş Maralın sözlərinə görə, hadisə baş verən vaxt orta məktəbin 8-ci sinif şagirdi olub: “Anam Lətifə məni Hövsan qəsəbəsində yaşayan rəfiqəsi Gülayə xalanın evinə apararaq qoydu və öz anası ilə işiylə bağlı Türkiyəyə getdi. Gülayə xalanın qızları ilə evi təmizləməyə görə aramızda söz mübahisələrimiz oldu. Heç kimə demədən evdən çıxdım, evin yaxınlığında taksi ilə "Əhmədli" metrostansiyasının qarşısına getdim.

Bir qədər gəzdikdən sonra hava qaralana yaxın qalmaq üçün özümə ev tapmaq qərarına gəldim. Anamın tapşırığı ilə Gülayə xala məndən telefonu almışdı. Orada tanımadığım şəxslərdən bir gecəlik qalmaq üçün ev soraqlaşmağa başladım. Metronun girəcəyində dayanmış, sonradan adını öyrəndiyim Xəlilə bir gecəlik qalmaq üçün ev olub-olmamasını soruşdum. Mənə ev tanımadığını bildirdi. Aralanıb gedəndə məni arxadan çağırdı. Dostuna zəng edib mənə qalmağa ev tapacağını dedi. Kiməsə zəng edib danışdıqdan sonra ev olmadığını dedi”.

Zərərçəkmiş qeyd edib ki, Xəlilin təklifi ilə onunla gəzməyə parka gedib, saat 23 radələrində “Neapol” dairəsinin yaxınlığında Xəlil onu ağacların sıx olduğu yerə aparıb: “Məndən yaşımı, harada yaşadığımı, valideyinlərimi soruşdu. Ona 14 yaşım olduğnu, orta məktəbdə oxuduğumu dedim.

Oturacaqda Xəlil məni qucaqladı, üzümdən, bədənimdən öpdü. Əlləri ilə sinəmə və bədənimin müxtəlif yerlərinə toxundu. Məni ayağa qaldırdı, əynimdəki şalvarımı aşağı çəkdi. Onun əlindən çıxıb kimisə çağırmaq istədim. Mənim boynumun arxasından tutaraq sıxdı.

Xəlildən mənə toxunmamasını, məni buraxmasını xahiş etdim. Mənə qarşı seksual xarakerli cinsi hərəkətlər etdi. Cinsi əlaqədə olan zaman qışqırmaq istəyəndə ağzımdan tutdu, qışqırmağa imkan vermədi. Bir dəqiqə sonra məni buraxdı”.

Maral bildirib ki, daha sonra Xəlil onu taksi ilə Xırdalan şəhərinə gətirib, bina evinin 8-ci mərtəbəsində otağa daxil olub birlikdə yatağa uzanıblar: “Saat 2-3 radələri olardı. Xəlil yenə məni qucaqladı, yenə dodağımdan, sinəmdən və bədənimin müxtəlif yerlərindən öpməyə başladı. Əynimdəki paltarımı çıxardı, məni üzü üstə uzandırdı və qeyri-təbii yolla mənimlə cinsi əlaqədə olmağa başladı. Cinsi əlaqədə olandan sonra yatdıq. Saat 7 radələrində Xəlil məni oyatdı və həyətə düşdük. Məni taksi ilə Bakı şəhər bulvarına apardı. Orada “nə sən məni tanıyırsan, nə də mən səni tanıyıram” dedi. Sonra biz ayrıldıq”.

İş üzrə zərərçəkmiş Maralın anası Lətifənin sözlərinə görə, Türkiyəyə getməmişdən əvvəl qızını Hövsan qəsəbəsində yaşayan rəfiqəsi Gülayənin evinə qoyub:

“17 may 2021-ci ildə şəxsi işimlə əlaqədar Türküyəyə getdim. İyunun 7-də, günün ikinci yarısında rəfiqəm Gülayə zəng edərək Maralın evdən getdiyini, polisə xəbər verdiyini, polisdə valideynin gəlməsinin gərək olduğunu söylədiklərini bildirdi. Mən təcili bilet aldım və iyunun 8-də səhər tezdən Türkiyədən Bakı şəhərinə gəldim. Bakı şəhərində çatan zaman Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək qızım Maralın evdən çıxması və itkin düşməsi barədə məlumat verdim. Bundan sonra 30-cu polis bölməsinə gedərək bu barədə məlumat verdim”.

Lətifə qeyd edib ki, daha sonra həmin tarixdə, gecə saat 12 radələrində qızı Maralın tapılması barədə 30-cu Polis Bölməsindən ona məlumat verilib: “Həmin bölməyə getdim. Maralın Səbail rayonu ərazisində tapıldığını bildim.

Maral iyunun 7-də günün ikinci yarısında Gülayəgildən gəzmək üçün metronun "Əhmədli" stansiyasının yaxınlığına getdiyini, orada Xəlil adlı şəxslə tanış olduğunu, Xəlilin onu aldadaraq əvvəlcə Bakı şəhərində istirahət parkına apararaq onunla əxlaqsız hərəkətlər etdiyini, sonra onu taksi ilə Xırdalan şəhərinə tanışının evinə apardığını, orada da ona qarşı nalayiq hərəkətlər etdiyini dedi”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəlil 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Müdafəçi təqsirləndirilən şəxsin barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan başqa, zərərçəkmiş Maralın nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilib. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin ağırlaşdırılmasını tələb edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətlərini araşdıran hakim heyəti birinci instansiya məhkəməsinin hökmünün ədalətli hesab ediblər. Bu səbəbdən həm təqsirləndirilən şəxsin müdafiəçisinin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxsin vəkili kasasiya şikayəti verib. Ali Məhkəmədə bu şikayətə baxan hakim heyəti sonda qərar verib. Qərara görə, şikayət təmin olunmayıb./Teleqraf.com

01.03.2024 19:12
1692