Məktəbin həyətində 18 yaşlı gənci “tok” vurub öldürdü

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır./Report

30.07.2024 12:30
876