“Məktəbdə bıçaqlanma olmayıb, çayın qırağında...” – Direktor DANIŞDI

Goranboy rayonunda məktəbdə bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Musavat.com-a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A.Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R.Musayevin törətməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məsələ ilə bağlı məktəbin direktoru saytımıza bildirib ki, hadisə təhsil müəssisəsinin ərazisindən kənarda baş verib.

“11-ci sinifdə təhsil alan şagirdimiz çayın qırağında bizim məktəbin şagirdi olmayan həmkəndlisi ilə mübahisə edib. Amma bıçaqlanma hadisəsi olmayıb. Yalan söhbətdir. Bu xəbərləri kimin yaydığını bilmirik”, - deyə o qeyd edib.

Şahanə Rəhimli
Musavat.com

16.09.2024 16:43
713