Meksikanın mərkəzində 4 qadın və 2 azyaşlı güllələnib

Meksikanın mərkəzi Quanaxuato ştatında naməlum şəxslər 4 qadın və iki körpəni güllələyiblər.

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

“Hadisə yerinə gələn həkimlər evdə altı nəfərin - iki azyaşlı və dörd qadının öldüyünü təsdiqləyiblər”, - şəhər polisinin resmi “X” hesabında qeyd olunub.

11.06.2024 01:02
448