Meksikadan Arizonaya hər gün 1900 qaçaq miqrant keçir

Hər gün 1900-ə yaxın insan ABŞ-Meksika sərhədini Arizona ştatının ərazisindən qanunsuz keçərək ABŞ-ın içərilərinə gedir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə sərhəd xidməti məlumat yayıb.

Onların sözlərinə görə, son günlər Meksika ilə sərhəddən Tukson şəhərinə hər gün gələn qeyri-qanuni miqrantların sayı 134% artıb. İyun ayında gün ərzində 812 nəfər sərhədi qanunsuz keçmişdi.

ariz.JPG (48 KB)

CBS telekanalı qeyd edir ki, son iki ildə ABŞ-ın cənub sərhədində miqrantların ölüm hallarının sayı rekord həddə çatıb. 2022-ci ildə 853, 2021-ci ildə 546 belə hal qeydə alınıb. 2023-cü maliyyə ilinin əvvəlindən 330 miqrant ölüb, CBS xəbər verir.

Ölümün əsas səbəbi ekstremal temperaturdur. Bu regionda havanın hərarəri tez-tez 40 dərəcədən çox olur və saatlarla açıq havada, qızmar günış altında qalan mühacirlər bu şəraitə tab gətirə bimirlər.

Musavat.com

08.08.2023 13:17
343